Cənubi Koreya Moskvada diplomatik missiyaya rəhbər təyin edib

Baş səhifə
Cənubi Koreya Moskvada diplomatik missiyaya rəhbər təyin edib

Cənubi Koreyanın Rusiyadakı keçmiş səfiri Li Sok Pe yenidən Moskvada diplomatik missiya rəhbəri vəzifəsinə təyin edilib.

“Report”un Rusiya KİV-inə istinadən məlumatına görə, sərəncam Cənubi Koreya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.

O, 2019-cu ilin mayından 2022-ci ilin avqustuna qədər Cənubi Koreyanın Rusiyadakı səfiri vəzifəsini tutub. Li Sok Pe, həmçinin Cənubi Koreyanın Rusiya və Qazaxıstandakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb, Sankt-Peterburqda baş konsul işləyib.