Bakı. Trend:
Türkiyənin “Fənərbağça” klubu UEFA Avropa Liqasında növbəti
oyununu keçirib.
Trend-in məlumatına görə, İstanbul təmsilçisi Liqa mərhələsinin
III turunda Almaniyanın “Ştutqart” komandasını qəbul edib.
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə
yekunlaşıb. Yeganə qolu 34-cü dəqiqədə penaltidən Kərəm Aktürkoğlu
vurub.
Bu qələbədən sonra xallarını 6-ya çatdıran “Fənərbağça” 11-ci
pilləyə yüksəlib. “Ştutqart” isə 3 xalla 25-ci sırada
qərarlaşıb.

