
Bakı. Trend:
AFFA İntizam Komitəsinin növbəti qərarları dərc edilib.
Trend xəbər
verir ki, qərarlarda bir sıra klubların cərimələndiyinə dair
məlumat öz əksini tapıb.
Belə ki, 17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII
turun “Şamaxı” – “Kəpəz” oyununun 44-cü dəqiqəsində “Şamaxı”
komandasının 19 nömrəli futbolçusu Abdullahi Şuaybu təcavüzkar
davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna
buraxılmayacaq, “Şamaxı” komandası isə 3000 manat cərimə
edilib.
17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun
“Şamaxı” – “Kəpəz” oyununda “Şamaxı” komandasının geyim formasında
uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı
üçün “Şamaxı” komandası 1500 manat cərimə edilib.
17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun
“Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasının geyim formasında
uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı
üçün “Kəpəz” komandası 1500 manat cərimə edilib.
17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun
“Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı
vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.
18.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun
“İmişli” – “Qəbələ” oyununda “Qəbələ” komandasında 5 nəfər sarı
vərəqə aldığı üçün “Qəbələ” komandası 700 manat cərimə edilib.
18.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun
“Sumqayıt” – “Karvan-Yevlax” oyunu “Karvan-Yevlax” komandasının
meydançaya gec çıxması səbəbindən gec başladığı üçün
“Karvan-Yevlax” komandası 3000 manat cərimə edilib.
19.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun
“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” komandasının 4
futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat
cərimə edilib.
19.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun
“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” komandasının
azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına
kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal
cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Neftçi” komandası 6000
manat cərimə edilib.
19.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun
“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” komandasının
azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına irqi
ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyinə görə “Neftçi”
komandası 3000 manat cərimə edilib.


