Avropada etil spirti qadağan edilə bilər

Baş səhifə

Bakı. Trend:

Avropanın Kimyəvi Maddələr üzrə Agentliyi (ECHA) etil spirtinin
kanserogen maddələrin siyahısına salınmasının mümkünlüyünü nəzərdən
keçirir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər veirr.




Məlumata görə, belə bir qərar qəbul olunsa, sözü gedən spirt
növünün satışı və tətbiqi Avropanın tibbi və əczaçılıq
müəssisələrində qadağan edilə bilər. Oktyabrın 10-da agentliyin
işçi qruplarından biri etil spirtini xərçəng xəstəliyinin inkişafı
riskini artıran və hamiləlik zamanı fəsadlaşma təhlükəsiz yaradan
bir maddə kimi təsvir edən tövsiyə xarakterli raport dərc edib.

ECHA-nın aktiv biosid maddələrin öyrənilməsi üzrə komitəsi
noyabrın 24-dən 27-dək iclas keçirəcək. Həmin iclasda agentlik
etanolun insan üçün təhlükəli maddə kimi təsnif olunması məsələsinə
dair qərar qəbul edəcək. Daha sonra bu tövsiyə Avropa Komissiyasına
təqdim olunacaq və yekun qərarı Komissiya verəcək.