
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstaqram” hesabında
Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı paylaşım edib.
Trend-in
məlumatına görə, paylaşımda deyilir:
“Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra
kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması
münasibətilə xalqımızı təbrik edirəm! Yaşasın Azərbaycan xalqı və
Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və
Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

