MSK-da iclas keçirilir – Deputatın mandatı ləğv ediləcək

Baş səhifə

Hazırda Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Modern.az xəbər verir ki, iclasın gündəliyinin tərkibinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 20 iyun 2025-ci il tarixli iclas protokolunun təsdiq edilməsi, VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Sahib oğlu Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri daxildir.