
Bakı. Trend:
“Euronews” telekanalında Azərbaycanın KOB ekosistemi, KOB-lara
dəstək məqsədilə tətbiq edilən innovativ dövlət dəstəyi
mexanizmləri barədə süjet yayımlanıb.
Video materialda ölkəmizin sosial-iqtisadi inkişafının prioritet
istiqamətlərindən biri kimi KOB-ların inkişafına xüsusi önəm
verildiyi qeyd edilir, bu sahədə KOB-lara dəstək və xidmətlərin
göstərilməsi üzrə ixtisaslaşmış Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) fəaliyyətindən bəhs olunur.
Süjetdə biznesə göstərilən dövlət xidmətlərinin
yaxşılaşdırılması, onlara asan və rahat çıxışın təmin olunmasında
KOB evi modeli xüsusi olaraq vurğulanır.
Materialda həmçinin KOBİA-nın bazarlara çıxış və satış
imkanlarının artırılması və digər dəstək mexanizmlərindən
yararlanmış qadın sahibkarın fikirlərinə və uğur hekayəsinə yer
verilib.
Linkə daxil olmaqla süjetə baxmaq mümkündür: https://www.euronews.com/business/2025/10/09/kobia-leads-azerbaijans-drive-for-sme-growth-and-economic-diversification


