Bakı. Trend:
Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində
növbəti oyununa çıxacaq.
Trend xəbər
verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda səfərdə Ukrayna ilə
qarşılaşacaq.
Polşanın “Krakoviya” stadionunda təşkil olunacaq görüşü
Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Qrupun digər matçında isə İslandiya millisi Fransanı qəbul
edəcək.
13 oktyabr
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
22:45. Ukrayna – Azərbaycan
Baş hakim: Sebastian Gişamer
“Krakoviya” stadionu
22:45. İslandiya – Fransa

