Prezident İlham Əliyev Misirə işgüzar səfər edib, Yaxın Şərq Sülh Sammitinə qatılacaq

Baş səhifə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfər edib.

APA xəbər verir ki, Şarm Əl-Şeyx şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Misirin gənclər və idman naziri Əşrəf Subhi və digər rəsmi şəxslər qarşılayıblar.