Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə keçirilən “Atəş Sərbəst-2025” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş
Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası
Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk
Bayraktaroğlunun dəvəti ilə “Atəş Sərbəst-2025” təliminin “Yüksək
Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün qardaş ölkəyə
səfər edib.

Trend xəbər verir
ki, bu barədə Müdafiə Nazirliyi paylaşıb edib.

General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə
görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq
doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi,
həmçinin “Atəş Sərbəst-2025” təliminin “Yüksək Səviyyəli Müşahidəçi
Günü”ndə iştirak edib.