Deputat: Bölgələrdə vəkillərin sayı çox azdır

Baş səhifə
Deputat: Bölgələrdə vəkillərin sayı çox azdır

Azərbaycanda, xüsusilə, bölgələrdə vəkillərin sayı çox azdır.

“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü iclasında deyib.

O qeyd edib ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklə vəkildən həm də şəffaflıq prinsipinə əməl etməsi tələb olunur:

“Sonrakı maddələrdə göstərilir ki, vəkil peşə sirri və fəaliyyəti ilə bağlı dindirilə bilməz, ona hansısa təzyiq göstərilə bilməz. Əslində bu vəkilliyin problemi idi. Bəzi vəzifəli şəxslər, dövlət qurumları hansısa prosesdə peşəkar rəqabətdə, müzakirədə üstünlük qazana bilməyəndə, vəkilləri sıxışdırmağa başlayırdılar. Bir çox hallarda vəkillərin prosesdə iştirakına əngəl yaradırdılar. Son illər bu tendensiya ortadan qalxsa da, vəkilləri qorumaq həm də dövlətin borcudur”.