
Bakı. Trend:
“Auqsburq”un futbolçusu Mert Kömür Türkiyə millisində çıxış edə
bilər.
Trend xəbər
verir ki, Türkiyə Futbol Federasiyası (TFF) mövsümə uğurlu start
verən 20 yaşlı hücumameyilli yarımmüdafiəçini milliləşdirmək üçün
hərəkətə keçib. Bu barədə “Sky Sports” televiziyası məlumat
yayıb.
Federasiya yaxın zamanda gənc oyunçu ilə danışıqlara başlamağı
planlaşdırır.
Mert Kömür Almaniyanın U-21 yığmasının üzvüdür. O, istəsə
Türkiyənin əsas millisində oynaya bilər.
Qeyd edək ki, futbolçu bu mövsüm “Auqsburq”un heyətində meydana
çıxdığı 7 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda
qalıb.


