İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin iclası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) yaradılan
İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması
üzrə Texniki Komitənin (TK-05) növbəti iclası keçirilib.

İclasda 2025-ci il üzrə Fəaliyyət Planına uyğun görülən işlər və
həlli vacib məsələlər müzakirə edilib. Sahə üzrə aktual hesab
edilən yeni 10 milli standart layihəsinin təsdiq olunması üçün
Azərbaycan Standartlaşma İnstitutuna göndərilməsi qərara
alınıb.




Həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə
uyğunlaşdırılmasına dair 2023 – 2025-ci illər üçün Dövlət
Proqramı”nda Texniki Komitənin üzərinə düşən vəzifələr üzrə görülən
işlər nəzərdən keçirilib.

İclasda Texniki Komitənin üzvü olan Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, “Azərbaycan
Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs, İnformasiya
Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan
Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, “AzInTelecom”
MMC-nin nümayəndələri iştirak ediblər.