Zelenski bu gün Avropa liderləri ilə görüşəcək

Baş səhifə

Bakı.Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kopenhagendə Avropa
liderləri ilə görüşəcək.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri
Mette Frederiksen bəyanatında bildirib.




Danimarka hökumətinin məlumatına görə, Zelenski təxminən 50
dövlət və hökumət başçısı, eləcə də Avropa İttifaqı liderlərinin
iştirakı ilə keçiriləcək Avropa Siyasi Birliyinə müraciət edəcək və
Frederiksenlə birgə mətbuat konfransı keçirəcək.