Bakıda yüksəksəviyyəli “D-8 İqlim və Şəhərlər dialoqu” keçiriləcək

Baş səhifə
Bakıda yüksəksəviyyəli D-8 İqlim və Şəhərlər dialoqu keçiriləcək

Bakıda 13-17 oktyabr tarixlərində yüksəksəviyyəli “D-8 İqlim və Şəhərlər dialoqu” keçiriləcək.

“Report” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, ilk dəfə olaraq bu formatda iqlim və şəhərsalma nazirləri, merləri bir araya gətiriləcək.

D-8 2020–2030-cu illəri əhatə edən 10 illik inkişaf proqramının icrasında şəhərlərin rolu və təsiri qiymətləndiriləcək.