Marta Kos: Zelenski ilə birlikdə azadlıq uğrunda həyatını riskə atanları yad etdik

Baş səhifə
Marta Kos: Zelenski ilə birlikdə azadlıq uğrunda həyatını riskə atanları yad etdik

Ukraynada səfərdə olan Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Marta Kos və Danimarkanın Avropa məsələləri naziri Mari Byerre Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Vətən müdafiəçisi gününə həsr olunmuş tədbirdə iştirak ediblər.

“Report” xəbər verir ki, bu barədə Kos “X” sosial şəbəkəsində yazıb.

“Biz azadlıq və müstəqilliyi müdafiə edərək Ukrayna və Avropanın yerdə qalan hissəsi üçün həyatını təhlükəyə atan hər kəsi hörmətlə yad etdik”, – o qeyd edib.