
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr – Anım Günü
ilə bağlı paylaşım edib.
Trend xəbər
verir ki, paylaşımda qeyd olunub:
“Dostumuz, qardaşımız Can Azərbaycanımızın Anım Günündə böyük
bir qəhrəmanlıq nümunəsi sərgiləyərək Qarabağı və işğal altındakı
Azərbaycan torpaqlarını azadlığına qovuşduran şəhidlərimizi
rəhmətlə, qazilərimizi isə hörmətlə yad edirəm.
Qarabağ sonsuzadək Azərbaycandır!”

