Husilər İsrailin Eylat şəhərinə PUA-larla hücum ediblər

Baş səhifə

Bakı. Trend:

“Ənsar Allah” üsyançı hərəkatından olan yəmənli husilər İsrailin
Eylat şəhərinə hücum ediblər, onlardan biri şəhərə düşüb.

Trend-in məlumatına görə, bu barədə üsyançıların yaratdığı
silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.




Onun sözlərinə görə, hücum zamanı iki pilotsuz uçan aparatdan
istifadə edilib.

Bundan əvvəl İsrail təcili yardım xidməti Yəməndən atılan
pilotsuz uçuş aparatının düşməsi nəticəsində Eylatda azı 20 nəfərin
yaralandığını bildirmişdi.