Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasına başlanılıb – MEDİA

Baş səhifə

Bakı. Trend:

Sön dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında
və sosial media seqmentlərində Azərbaycana qarşı növbəti
dezinformasiya kampaniyasının başlanması müşahidə olunur. Yayılan
məlumatların bir qismində guya Azərbaycanın üçüncü ölkə vasitəsilə
Ukraynanı silahlandırmasına dair saxta xəbər, digər qismində isə
Azərbaycanın İsrailə görə Avroviziya Mahnı Müsabiqəsində iştirakdan
imtinası ilə bağlı həqiqəti əks etdirməyən iddialar yer alıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.




Qeyd olunub ki, Azərbaycana qarşı dezinformasiya yayan yuxarıda
qeyd olunmuş media resurslarının saxta xəbərlərinin təsiri altında
Türkiyə mediasında və sosial media seqmentində bu kimi
materialların yenidən tirajlanması dərin təəssüf hissi doğurur.

“Beynəlxalq ictimaiyyəti, media resurslarını, jurnalistləri və
ictimai fəalları bu kimi dezinformasiya və saxta xəbərlərə
inanmamağa çağırır, belə hallara qarşı prinsipiallıq, sayıqlıq
nümayiş etdirməyə səsləyirik”, – deyə açıqlamda bildirilib.