Bağlanmış bankların əmlakları hərraca çıxarılır

Cəmiyyət


Noyabrın 21-də “Əmlak Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınar, dekabrın 4-də isə “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “AGBank” ASC-nin daşınmaz əmlakının satışı üzrə hərraclar keçiriləcək.

Bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Məlumata görə, söhbət “Dəmir Bank”a məxsus “BMW 760Li” minik avtomobilindən və “AGBank”a məxsus Abşeron rayonu, Novxanı kəndi, Şıxəli Qurbanov küçəsi, 40A ünvanında yerləşən 81,5 kvadratmetrlik fərdi yaşayış evindən gedir.

Əmlaklara müvafiq olaraq 31,5 min manat və 40 min manat qiymət qoyulub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir