Artur Vermeren: “Qrup birincisi olmaq üçün Azərbaycan millisini məğlub etmək istəyirik”

Dünya


“Qrupu birinci pillədə başa vurmaq üçün qalib gəlmək istəyirik”.

Bunu Belçika millisinin futbolçusu Artur Vermeren AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Serbiyanı yoldaşlıq görüşündə 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra açıqlama verən 18 yaşlı yarımmüdafiəçi qalibiyyətin özünəinam baxımından vacib olduğunu vurğulayıb:

“Bu, bazar günü Azərbaycanla qarşılaşma üçün yaxşı hazırlıq idi”.

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.

Mənbə: Voetbalprimeur

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir