Azad edilmiş ərazilərdə daha 81 mina aşkarlanıb

Cəmiyyət


Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ötən həftə ərzində (23 oktyabr -29 oktyabr ) işğaldan azad edilmiş ərazilərdə aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, ötən həftə ərzində Tərtər, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilanda minatəmizləmə əməliyyatları aparılıb.

Əməliyyatlar zamanı 25 ədəd piyada və 56 ədəd tank əleyhinə mina, 2 427 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib.

Ümumilkdə 616,3 ha ərazi yoxlanılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir