Nazir: “Azərbaycan son 20 ildə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub”

Cəmiyyət


“Prezident İlham Əliyevin strateji inkişaf kursunun uğuru nəticəsində Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub”.

“resmixeber.az”un xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ötən dövrdə qeyri-neft-qaz iqtisadiyyatı dörd milyard ABŞ dollarından 41 milyard ABŞ dollarınadək böyüyüb: “Şaxələnmə baxımından prioritet olan strateji sahələrdə əlavə dəyər – qeyri-neft-qaz sənayesində 4,7 dəfə, turizmdə 19 dəfəyədək, informasiya və rabitədə 23 dəfə, nəqliyyat sektorunda beş dəfəyədək böyüyüb. 2022-ci ildə qeyri-neft-qaz məhsullarının ixracı 2002-ci illə müqayisədə 12 dəfəyədək artaraq müstəqillik dövründə ilk dəfə dörd milyard ABŞ dollarını ötüb”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir