Eminemi rep döyüşündə məğlub edən Breedlov öldü – FOTO

Dünya


Əfsanəvi “8 Mile” (“8 Mil”) filmində rol alan məşhur repçi Naşaun Breedlov dünyasını dəyişib.

Filmdə Eminemlə söz duelinə çıxan repçini canlandıran Breedlov 46 yaşında həyata gözlərini yumub.

Onun Nyu-Cersidəki evində yuxuda olduğu zaman öldüyü açıqlanıb, lakin ölüm səbəbi hələ məlum deyil.

Qeyd edək ki, Eminemin həyatından bəhs edən “8 Mile” filmində Lotto obrazını canlandıran Naşaunun Eminemlə qarşılaşması böyük əks-səda doğurmuşdu.

“OX” səhnə adı altında rep ifa edən və 2001-ci ildə “The Wash” filminin musiqisini Dr. Dre və Snoop Dogg ilə birlikdə səsləndirən Breedlov Eminemi rep döyüşündə məğlub edən nadir insanlardan olub.

Mənbə: Haber Global

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir