Qudyalçayın kənarında kişi meyiti tapılıb

Kriminal


Xaçmazda kişi meyiti aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Xaçmaz-Xudat avtomobil yolunun Köhnə Xaçmaz kəndi ərazisində, Qudaylçayın kənarında üzərində xəsarət olan 50-55 yaşlı naməlum kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı meyitin 56 yaşlı rayon sakini Qərib Rzayev olduğu müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 27 yaşlı Yalçın Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir