Güclü dolu və leysan səbəbindən Qaxda yaranan elektrik problemi həll edildi – YENİLƏNİB

Cəmiyyət


“Qeyri-sabit hava şəraiti nəticəsində Qaxda yaranan elektrik enerjisi kəsintisi tamamilə aradan qaldırılıb”.

Bunu resmixeber.az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən bildiriblər.

Qeyd olunub ki, hadisə zamanı Qax şəhərinin yalnız bir küçəsində elektrik enerjisinin verilişində fasilə yaranıb:

“Qəzadan dərhal sonra qəza-bərpa xidməti əraziyə gedib və qısa zamanda elektrik enerjisi təchizatı bərpa edilib. Qeyd edək ki, ümumilikdə həmin ərazidə bir saatdan az müddətdə elektrik kəsintisi olub.

Hazırda həm həmin ərazinin, həm də ölkənin digər regionlarının keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatı davam etdirilir.

Abonentlərdən xahiş edirik ki, qarşılaşdıqları kəsinti və qəza halları ilə bağlı 24 saat fasiləsiz fəaliyyət göstərən “199” saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

00:10

Qax rayonuna dolu və leysan yağıb.

“resmixeber.az”un məlumatına görə, axşam saatlarında rayon ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, şəhər ərazisinə bir neçə dəqiqə davam edən dolu düşüb.

Güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində ağaclar aşıb, şəhər ərazisindən keçən su kanalı daşıb.

Qeyri-sabit hava şəraiti nəticəsində rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. Qax rayon Elektrik Şəbəkəsindən bildirilib ki, şəhər ərazisində ağacların aşaraq naqilləri qırması nəticəsində qəzalar baş verib. Qəzaların aradan qaldırılması istiqamətində işlər aparılır.

Hazırda rayonda leysan davam edir.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir