Amrabat “qırmızı şeytan” oldu

Dünya


İngiltərənin “Mançester Yunayted” klubu heyətinə yeni futbolçu cəlb edib.

İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, “qırmızı şeytanlar” İtaliya “Fiorentina”sından Sofyan Amrabatı icarəyə götürüblər. Anlaşmanın müddəti birillikdir. İngiltərə klubu mərakeşli yarımmüdafiəçi üçün qarşı tərəfə 10 milyon avro ödəyib.

2024-cü ilin yayında “Mançester Yunayted” istəsə, 20 milyon avro transfer məbləğini ödəyərək 27 yaşlı oyunçunu birdəfəlik transfer edə bilər. Həmçinin, beş milyon avro məbləğində bonuslar nəzərdə tutulub.

Amrabat 2020-ci ilin yayından “Fiorentina”nın üzvüdür. Bu mövsüm o, heç bir oyunda meydana çıxmayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir