Şirvan sakini yaşadığı binadan yıxılaraq ağır xəsarət alıb
resmixeber.az-nın məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.
Şəhər sakini, 1991-ci il təvəllüdlü Səlimov Şabran Vasif oğlu ehtiyatsızlıqdan yaşadığı binanın üçüncü mərtəbəsindən yıxılıb. Kəllə-beyin travması alan Ş.Səlimov Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az