Qazaxıstanın cənub-qərbindəki AES-də QƏZA

Dünya


Qazaxıstanın cənub-qərbində yerləşən Manqistau Atom Elektrik Stansiyasında (MAEK) baş vermiş qəza ilə əlaqədar elektrik enerjisi kəsintisi baş verib.

Bu barədə “Kegoc” elektrik şəbəkələrinin idarə olunması üzrə milli şirkəti məlumat yayıb.

“MAEK-in ikinci istilik elektrik stansiyasında iki turboaqreqat dayanıb və bu da istehlakçıların elektrik enerjisinin kəsilməsinə gətirib çıxarıb”, – deyə məlumatda bildirilib.

Verilən xəbərə görə, bir müddət sonra daha bir qəza baş verib. Belə ki, MAEK-in istilik elektrik stansiyasında üçüncü bloku sıradan çıxıb.

MAEK-də qəza-bərpa işləri başa çatana qədər istehlakçılara elektrik enerjisinin verilməsində məhdudiyyətlər tətbiq edilib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir