Bakıda avtobus və minik maşını toqquşdu, tıxac yarandı – FOTO

Cəmiyyət


Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

resmixeber.az xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində “Baku Bus” MMC-yə məxsus 99-JU-536 dövlət nömrə nişanlı avtobus ilə 99-TZ-823 dövlət nömrə nişanlı “Ford Fusion” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Qəza səbəbindən prospektdə uzun tıxac yaranıb.

Əraziyə DYP əməkdaşları cəlb ediliblər. Yolda hərəkət təmin edilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir