ADY: “Bu il dəmir yolları ilə sərnişindaşıma 52 faiz artıb”

Cəmiyyət


Bu ilin ilk altı ayı ərzində Azərbaycan dəmir yolları ilə 3 milyon 230 min 728 nəfər sərnişin daşınıb.

Bu barədə resmixeber.az-a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.

Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52% artım deməkdir.

Belə ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə altı ay ərzində 3 milyon 075 min 520 nəfər sərnişin daşınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47% çoxdur.

Bölgələr üzrə sərnişindaşımada bu ilin əvvəlindən Bakı-Gəncə (Ağstafa)-Bakı marşrutu üzrə 125 min 772 nəfər sərnişin səyahət edib. Bu ilin mart ayının 18-dən etibarən ilk dəfə fəaliyyətə başlayan Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 9 min 704 nəfər sərnişin daşınıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir