70 milyon avroluq transfer: Tonali ən bahalı italyan futbolçu oldu – VİDEO

Dünya


“Milan” futbolçusu Sandro Tonalini “Nyukasl”a satıb.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 23 yaşlı italiyalı yarımmüdafiəçi ilə beş illik müqavilə imzalanıb. Klub transferin maliyyə tərəflərini açıqlamayıb.

Müxtəlif mənbələr “Nyukasl”ın Tonali üçün “Milan”a 70 milyon avro ödədiyini yazıblar. Növbəti satışdan isə 10 faiz pay İtaliya A Seriyası klubuna çatacaq.

Beləliklə, S.Tonali tarixin ən bahalı italyan futbolçusu adına yiyələnib.

İtaliya millisinin üzvü 2021-ci ildən “Milan”da oynayırdı. O, keçən mövsüm bütün turnirlərdə 48 matç keçirib, iki qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

 

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir