Şəkidə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
APA-nın məlumatına görə, qəza zamanı avtomobildə sərnişin qismində olan 4 yaşlı qız da aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Qəza zamanı ölən sürücü və azyaşlı Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Yaralılar isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda ölənlərin və yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
18:56
Bu gün Şəkinin girişində yolda hərəkətdə olan “Reno Loga” markalı 99-NG-782 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
APA-nın məlumatına görə, sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
İlkin məlumata görə, daha iki sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan meyiti və sərnişinləri çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.
www.RESMIXEBER.az

