Fransalı siyasətçi ölkədə sosial şəbəkələrə girişin qapadılmasına çağırış edib

Dünya


Fransa Kommunist Partiyasının lideri Fabien Roussel ölkədəki iğtişaşlarla əlaqədar sosial şəbəkələrə girişin qadağan edilməsinə dair çağırış edib. 

O, bu barədə yerli radiostansiyaların birinə verdiyi açıqlamada deyib.

Fabien Roussel bildirib ki, canlı yayım üzərindən ölkədəki quldurluq hadisələrini yayımlayıb pul qazananlar barəsində təcili tədbir görülməlidir.

Xatırladaq ki, iyunun 27-də Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib.

Hadisədən sonra ölkəni etiraz dalğası bürüyüb.

Mənbə:  France Info

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir