Fransada iğtişaşlara görə hüquq-mühafizə orqanları tərəfindən son sutka ərzində 471 nəfər saxlanılıb.
Bu barədə ölkənin daxili işlər və dənizətrafı ərazilər naziri Jerald Darmanen məlumat verib.
Qeyd edək ki, ötən gün axşam Marsel şəhərinin meri Benua Payan nazirdən şəhərə dərhal əlavə hüquq-mühafizə qüvvələrinin göndərilməsini tələb edib.
“Marseldəki talan və zorakılıq səhnələri qəbuledilməzdir. Mən bu vandalizm aktlarını ən sərt şəkildə qınayıram”, – deyə Benua Payan “Twitter” hesabında yazıb.
Qeyd edək ki, Fransada iğtişaşlar başlayandan bəri ümumilikdə 1500-dən nəfərdən çox şəxs saxlanılıb.
Mənbə: TASS
www.RESMIXEBER.az

