Fransanın bir sıra şəhərlərində 17 yaşlı yeniyetmənin qətlə yetirilməsindən sonra baş verən qarşıdurmalar zamanı bir neçə jurnalist iğtişaşçılar tərəfindən fiziki hücuma məruz qalıb.
Məlumata görə, hadisə jurnalistlər vəzifələrini yerinə yetirərkən baş verib.
Bu gün “Le Figaro” qəzetinin redaktor heyətinin iki üzvü də daxil olmaqla, iğtişaşlar zamanı onlarla jurnalist hücuma məruz qalıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, onlara ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, daha əvvəl AzTV əməkdaşları da Fransada çəkilişdə olan zaman silahlı dəstə tərəfindən hücuma məruz qalmışdılar.
Mənbə: lefigaro.fr
www.RESMIXEBER.az

