Naxçıvan Muxtar Respublikasında ev yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, Şərur rayonunun Düdəngə kəndində ümumi sahəsi 255 kvadratmetr olan birmərtəbəli fərdi evin yanar konstruksiyaları 11 kvadratmetr sahədə yanıb.
“Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.
www.RESMIXEBER.az

