Ərdoğanla Şolts arasında telefon danışığı olub

Siyasət


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

Telefon danışığı zamanı ikitərəfli münasibətlər, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub və bu sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Rusiyada baş verən son hadisələrin müzakirə olunduğu telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyü məsələsinə də toxunulub.

Ərdoğan bildirib ki, İsveç terrorla mübarizə istiqamətində düzgün addımlar atsa da, İsveçdə PKK/YPG tərəfdarları sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməyə, insanları qətlə yetirməyə və terror təşkilatlarına maliyyə vəsaiti ayırmağa davam edir. Bu vəziyyət Türkiyə üçün qəbuledilməzdir.

Mənbə: Anadolu

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir