Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var – FOTO

Cəmiyyət


Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, qəza Üzeyir Hacıbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb.

Arzu Məmmədzadə bildirib ki, idarəetməsində olan “Cherry” markalı maşınla Bülbül prospektində işıqforun yaşıl işığından keçən zaman motosiklet sürücüsü qəfil onun qarşısına çıxıb.

Toqquşma nəticəsində motosikletin sürücüsü xəsarət alıb.

Motosiklet isə iki hissəyə bölünüb.

Faktla bağlı əraziyə Səbail Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb ediliblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir