Yardıma ehtiyacı olan Emin imdad diləyir: “Dərmanlarımı ala bilmirəm” – FOTO

Cəmiyyət


Emin İsmayılovun köməyə ehtiyacı var.

Bu barədə resmixeber.az-a vərəm xəstəliyindən əziyyət çəkən Emin İsmayılov özü məlumat verib:

“Artıq 10 ildən çoxdur ki, vərəm xəstəliyindən əziyyət çəkirəm. Əvvəllər özüm işləyib, müalicələrimi edə bilirdim. Amma getdikcə vəziyyətim ağırlaşır, ağrılarım artır. Buna görə də demək olar ki, işləyə bilmirəm.  Bəzən fəhlə tələb olunanda 3-5 manata iş görürəm, amma bu da dərmanlarımı almağa kifayət etmir”.

E.İsmayılov dərmanlarını almaq üçün 300 manata ehtiyacı olduğunu deyib:

“Dərmanlarımı qəbul etmədiyimdən vəziyyətim lap ağırlaşır. Öz evim yoxdur, mənə bacım baxır. Qardaş kimi mən ona dəstək olmaqdansa, o, mənə dəstək olur, buna görə də çox utanıram. Yardımsevər şəxslərdən mənə dəstək olmalarını xahiş edirəm”.

Emin İsmayılovla əlaqə: (055) 467-91-87

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir