Hakan Fidan və Antoni Blinken Rusiyadakı hadisələri müzakirə edib

Dünya


Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında şənbə günü telefon danışığı olub.

Məlumata görə, danışıqlar zamanı ikitərəfli məsələlər və regional mövzular müzakirə olunub.

Həmçinin, bildirilir ki, söhbət zamanı Rusiyada baş verən hadisələr ətrafında da fikir mübadiləsi aparılıb.

Mənbə: TASS

www.RESMIXEBER.az