Bakıda avtomobil işıq dirəyinə çırpılaraq aşıb

Cəmiyyət


Bakıda yol-nəqliyyat hadisə baş verib. 

resmixeber.az xəbər verir ki, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində baş verib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla əlaqə şöbəsindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən qəza bu gün səhər 08:00 radələrində baş verib:

“Qaradağ rayonu Sahil qəsəbəsində VAZ-2101 markalı 77-FY-719 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində zərbənin gücündən nəqliyyat vasitəsi aşıb.

Ölən və xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir