Sabirabad Pilot Aqroparkda məhsul yığımına başlanıldı – FOTO

Cəmiyyət


Bu il Sabirabad Pilot Aqroparkın arpa və buğda sahələrindən bol məhsul əldə edilir.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, qurumun idarəçiliyində olan Sabirabad Pilot Aqroparkında buğda biçininə başlanıb.

Bu məqsədlə İZİA-nın təşkilatçılığı ilə aqroparka mediatur təşkil edilib. Media nümayəndələri aqroparkın ilk rezidentlərindən olan “Fructus Aqropark” MMC-nin təsərrüfat sahəsində görülmüş işlərlə tanış olublar. Bildirilib ki, 988 ha sahədə yaradılan, investisiya dəyəri səkkiz milyon manat olan “Fructus Aqropark” MMC tərəfindən aqroparkda yararsız torpaq sahələri əkin üçün yararlı vəziyyətə gətirilib.

Cari ildə rezident tərəfindən 539 hektar sahədə ərzaqlıq buğda, 26 hektar sahədə arpa, 80 hektar sahədə isə pambıq əkini aparılıb. Arpa sahəsində biçin işləri artıq yekunlaşıb və biçin aparılmış sahənin hər hektarından dörd tondan çox arpa yığılıb. Hazırda ərazidə buğda biçini aparılır və artıq biçini aparılmış 150 hektar sahənin hər hektarından 4,5 tondan çox keyfiyyətli buğda əldə edilib. Eyni zamanda, əkin sahələrində yüksək məhsuldarlıqlı və keyfiyyətli məhsul əldə olunması, həmçinin suvarma suyuna qənaət edilməsi məqsədilə 722 ha sahədə qurulması nəzərdə tutulan müasir suvarma (yağışyağdırma) sistemləri ilə bağlı layihələndirmə işləri aparılıb. Hazırda ilkin olaraq 400 ha sahədə müasir suvarma sisteminin qurulması ilə bağlı danışıqlar aparılır.

“Fructus Aqropark” MMC tərəfindən Sabirabad Pilot Aqroparkda yerləşən təsərrüfat sahəsində 14 daimi, 20-dən çox mövsümi iş yeri yaradılıb.

Bundan başqa, “Fructus Aqropark” MMC ilə Qazaxıstanın “Green Groth” şirkəti arasında startap layihəsi çərçivəsində kombaynlarda ağıllı idarəetmə sensorları quraşdırılıb. Bu sensorların köməyi ilə əkin sahələrində məhsuldarlığı əvvəlcədən görmək mümkündür.

Qeyd edək ki, aqroparkın ərazisində “Fructus Aqropark” MMC tərəfindən Almaniyanın, Fransanın, ABŞ-nin ən müasir texnika və texnologiyalarından istifadə edilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir