Paytaxtda avtomobil iki nəfəri vurub

Cəmiyyət


Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Müslim Vaqif oğlu Hüseynov və 1956-ci il təvəllüdlü Əsəd Bəkir oğlu Ümidovu minik avtomobili vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Ərazi üzrə Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıblar.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir