Bakıda 68 yaşlı kişi iki gündür itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, İsgəndərov Oruc Mirzəli oğlu iyunun 19-u yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki evdən çıxıb və bir daha geri qayıtmayıb.
Evdən gedərkən əynində qara şalvar, mavi köynək olub. O.İsgəndərov yaddaş zəifliyindən əziyyət çəkir.
Onu görənlərdən (055) 494-37-58 nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

www.RESMIXEBER.az


