KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının qalibi bəlli olub.
Oxu.Az xəbər verir ki, finalda Kanada və ABŞ milliləri üz-üzə gəliblər.
2:0 hesabı ilə qalib gələn ABŞ yığması tarixində ikinci dəfə titula yiyələnib. Qolları 12-ci dəqiqədə Kris Riçards və 34-cü dəqiqədə Folarin Balaqun vurublar.
Üçüncü yer uğrunda görüşdə Panamanı 1:0 hesabı ilə məğlub edən Meksika bürünc medal qazanıb.
www.RESMIXEBER.az

