“Çelsi”inin futbolçusu Hakim Ziyeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Mərakeşli vinger “Ən-Nəsr”dən sərfəli təklif alıb.
30 yaşlı oyunçu klubla danışıqları yekunlaşdırmaq üzrədir. Razılaşma əldə edildikdən sonra “Ən-Nəsr” “Çelsi” ilə danışıqlara başlayacaq. London təmsilçisinin onu satmağa isti yanaşdığı bildirilir.
Qeyd edək ki, portuqaliyalı Kriştianu Ronaldu da hazırda “Ən-Nəsr”də çıxış edir. Ondan başqa, Kərim Benzema “Əl-İttihad”la müqavilə imzalayıb.
Mənbə: Foot Mercato
www.RESMIXEBER.az

