Estonlarla 9-cu duel: Millimiz 25 illik uğursuz seriyaya son qoya biləcək?

Dünya


Azərbaycan millisi iyunun 17-də AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, yığma III turda Estoniyanı qəbul edəcək.

Milli buna qədər estonlarla 8 dəfə üz-üzə gəlib. Bunların 7-si yoldaşlıq oyunları, biri isə beynəlxalq turnir çərçivəsində olub.

Azərbaycan millisi bu matçlarda cəmi bir qələbə qazanıb. 25 il əvvəl – 1998-ci ildə Gəncədə baş tutan yoldaşlıq görüşündə yığma Estoniyanı 2:1 hesabı ilə məğlub edib. Komandalar arasında sonuncu duel də estonların eynihesablı qələbəsi ilə başa çatıb.

Milli sözügedən rəqibə qarşı 8 matçda 1 qələbə qazanıb, 4 dəfə uduzub, 3 dəfə heç-heçə edib. Top fərqində rəqib 10:5 öndədir.

Azərbaycan və Estoniya millilərinin oyunları:

15.02.1996. Estoniya – Azərbaycan – 0:0

01.03.1997. Estoniya – Azərbaycan – 2:0

04.06.1997. Estoniya – Azərbaycan – 1:0

16.05.1998. Estoniya – Azərbaycan – 0:0

28.11.1998. Azərbaycan – Estoniya – 2:1

06.03.1999. Azərbaycan – Estoniya – 2:2

03.07.2002. Estoniya – Azərbaycan – 0:0

15.11.2013. Estoniya – Azərbaycan – 2:1

Azərbaycan yığması AVRO-2024-ün seçmə mərhələsində iki görüş keçirib. Canni de Byazinin rəhbərlik etdiyi kollektiv Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.

Cəmi bir görüş keçirən estonlar isə Avstriya ilə qarşılaşmada 1:2 hesabı ilə məğlub olublar.

“Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir