Xaçmazda fəhlələri aparan avtomobil qəzaya düşdü: Xəsarət alan var

Cəmiyyət


Xaçmazda fəhlələri aparan avtomobil qəzaya düşüb, 3 nəfər xəsarət alıb.

“resmixeber.az”un məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama yolunun 42-ci kilometrliyində qeydə alınıb.

Belə ki, “VAZ-Granta” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə Xudat şəhər sakinləri – 1982-ci il təvəllüdlü Süleymanova Yeganə Hədət qızı, 1962-ci il təvəllüdlü Qonaqova Yavər Xanbala qızı və Qusar rayon sakini, 1980-ci il təvəllüdlü Əlimuradov Rasim Abdulqədir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların rayonda işlədiyi bağdan evə qayıtdıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir