Şirvanda 86 yaşlı qadına qarşı soyğunçuluq edilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 15-də şəhər sakini olan 86 yaşlı bir qadının içərisində pul, gümüş üzük və açar olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş M.Təfəzzuli müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az

